ABŞ prezidenti Donald Tramp İrandakı bütün körpüləri və elektrik stansiyalarını dağıtmaqla, eləcə də daha dəhşətli nəticələrlə hədələyib.
“Onlar (iranlılar ) mərhəmət diləməyi istəmirlər, amma edəcəklər. Əgər belə deyilsə, onların körpüləri, elektrik stansiyaları olmayacaq. Onların heç nəyi olmayacaq. Mən ətraflı danışmayacağam, çünki əvvəlki ikisindən daha pis şeylər var”, – deyə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
