İranın Ali Lideri Müctəba Xamenei bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat rəhbəri Məcid Xadiminin öldürülməsi İslam Respublikasının silahlı qüvvələrində sabitliyi pozmayacaq.
Xameneyi özünün Telegram kanalında verdiyi açıqlamada bildirib ki, “İran İslam Respublikasında və silahlı qüvvələrdə döyüşçülərin sarsılmaz sıraları o qədər güclü və birləşib ki, terror və cinayətlər onların cihadçı ideallarını sarsıda bilməz”.
O, həmçinin İİKK kəşfiyyat rəhbərinin ailəsinə və həmkarlarına başsağlığı verib. (Tass)
