ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinə əvvəllər verdiyi ultimatumun müddətinin uzadılması ehtimalını istisna etməyib, baxmayaraq ki, belə bir inkişafın mümkün olmadığını düşünür.
“Bu, çox az ehtimal olunur”, – deyə Amerika lideri Ağ Evin Cənub Çəmənliyində jurnalistlərin ultimatumun uzadılıb-uzadılmayacağı ilə bağlı suallarını cavablandırarkən bildirib. “Onların kifayət qədər vaxtı var”, – deyə Amerika prezidenti əlavə edib. Lakin bir neçə dəqiqə əvvəl o, ultimatumun uzadılması ehtimalını mahiyyət etibarilə istisna etmişdi.
Amerika lideri həmçinin qeyd edib ki, ABŞ-İsrail müharibəsində atəşkəs hazırda müzakirə mövzusu deyil. Prezident iddia edib ki, “atəşkəs deyə biləcək tək şəxs mənəm. Və mən atəşkəs barədə heç nə deməmişəm”. (Tass)
