İranın Təhsil Nazirliyi ABŞ və İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatlarının başlamasından bəri 750 təhsil müəssisəsinin zərər gördüyünü bildirib.
Fars xəbər agentliyinin məlumatına görə , müharibə başlayandan bəri 60 müəllim və 250 şagird həlak olub. Daha 210 şagird və müəllim müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
