Teleqraf-ın məlumatına görə, paylaşımda bildirilib ki, 1992-ci ildə 130 evdən ibarət Kəlbəcərin Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən tamamilə dağıdılıb, yaşayış məntəqəsi yerlə-yeksan edilib.
“779 nəfər dinc sakin ağır işgəncələrə məruz qalıb, 67 nəfər isə xüsusi qəddarlıqla qətlə yetirilib. Bu faciə Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin acı nümunələrindən biri kimi tarixdə qalır.
Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.
