Aprel 9, 2026-2:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Fatma Yıldırım: Azərbaycan-Gürcüstan əməkdaşlığı bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək

2026:04:08 - 15:49
in SİYASƏT
A A

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətini və gələcək inkişaf istiqamətlərini bir daha aydın şəkildə ortaya qoyur. Bu səfər bir daha təsdiqlədi ki, Azərbaycan–Gürcüstan əlaqələri dərin tarixi köklərə, qarşılıqlı etimada və sarsılmaz dostluğa əsaslanır. Dövlətimizin başçısının vurğuladığı kimi, əsrlər boyu xalqlarımız arasında formalaşmış qardaşlıq münasibətləri bu gün də uğurla davam etdirilir və dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, Gürcüstanda müşahidə olunan siyasi sabitlik və dinamik iqtisadi inkişaf xüsusi qeyd olunmalıdır. Məhz bu sabitlik və əlverişli investisiya mühiti Azərbaycan investorlarının da bu ölkəyə marağını artırmış, nəticədə Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına milyardlarla dollar həcmində sərmayə qoyulub. Bu isə qarşılıqlı iqtisadi inteqrasiyanın real göstəricisidir. Beynəlxalq müstəvidə Azərbaycanın və Gürcüstanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi iki ölkə arasında münasibətlərin yüksək siyasi səviyyəsinin bariz nümunəsidir. Bu həmrəylik regionda sabitliyin və təhlükəsizliyin qorunmasına mühüm töhfə verir.

Milli Məclisin deputatının sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri də Cənubi Qafqazda formalaşan yeni reallıqlardır. Bu gün regionun sülh, əməkdaşlıq və inkişaf məkanına çevrilməsi üçün tarixi imkanlar yaranıb. Bu imkanların reallaşdırılmasında Gürcüstanın oynadığı rol yüksək qiymətləndirilməlidir. Enerji və nəqliyyat sahəsində həyata keçirilən iri regional layihələr, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi həm region ölkələri üçün, həm də daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır. Bu layihələr enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla yanaşı, Azərbaycan və Gürcüstanın beynəlxalq əhəmiyyətini daha da artırır. Eyni zamanda, Orta Dəhliz kimi nəqliyyat marşrutlarının inkişafı regionun logistika imkanlarını genişləndirir və iqtisadi əməkdaşlığı yeni mərhələyə yüksəldir.

“Bütün bunlar onu göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında qurulmuş nümunəvi tərəfdaşlıq modelidir. Bu model regionda digər ölkələr üçün də örnək təşkil edə bilər. Mövcud siyasi iradə və strateji baxış sayəsində Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, regionda sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə mühüm töhfələr verəcək”, – deyə F.Yıldırım qeyd edib.

Əvvəlki Yazı

Azərbaycan-Gürcüstan münasibətləri tarixi dostluqdan enerji sektorunda nümunəvi tərəfdaşlığa çevrilib 

Növbəti Yazı

Azərbaycan və Gürcüstan münasibətləri geoiqtisadi sistemin tərkib hissəsi kimi çıxış edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.