Aprel 9, 2026-2:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Gürcüstan münasibətləri xüsusi əhəmiyyət daşıyır

2026:04:08 - 17:45
in SİYASƏT
A A

Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Gürcüstan münasibətləri xüsusi əhəmiyyət daşıyır. 2026-cı il aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana həyata keçirdiyi dövlət səfəri və səfər çərçivəsində aparılan yüksəksəviyyəli danışıqlar ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizliyin möhkəmləndirilməsi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, eləcə də nəqliyyat-kommunikasiya layihələrinin perspektivlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsinə və regional əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

O qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər qarşılıqlı hörmət, etimad və zəngin tarixi ənənələr üzərində formalaşıb. Əsrlər boyu xalqlarımızın dostluq və mehriban qonşuluq şəraitində yaşaması dövlətlərarası münasibətlərin də möhkəm təməllər üzərində inkişafına şərait yaradıb. Müasir dövrdə isə bu əlaqələr yalnız ikitərəfli siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq qlobal əməkdaşlıq kontekstində strateji əhəmiyyət daşıyır. Cənubi Qafqazın mühüm geostrateji mövqeyi Avropa ilə Orta Asiya və Cənub-Şərqi Asiya ölkələri arasında körpü rolunu oynamağa imkan verir. Bu da bölgəmizi qlobal əməkdaşlıq trayektoriyasının vacib seqmentlərindən birinə çevirir.

“İqtisadi əməkdaşlıq Azərbaycan-Gürcüstan tərəfdaşlığının əsas istiqamətlərindən biri kimi dinamik şəkildə inkişaf edir. Ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi və birgə strateji layihələrin həyata keçirilməsi bu tərəfdaşlığın dayanıqlığını daha da möhkəmləndirir. Xüsusilə enerji və nəqliyyat sahələrində həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi transmilli layihələr regionun qlobal logistika və enerji xəritəsində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Bu infrastruktur layihələri təkcə iqtisadi fayda vermir, eyni zamanda, regional sabitliyin və təhlükəsizliyin mühüm təminatçısı kimi çıxış edir.

Təhlükəsizliklə bağlı Cənubi Qafqazda yaranmış yeni reallıqların və Azərbaycanla Ermənistan arasında davam etdirilən sülh dialoqunun fonunda Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının əhəmiyyəti daha da artmaqdadır. Regionda formalaşmaqda olan sabitlik və əməkdaşlıq imkanlarının düzgün qiymətləndirilməsi və onların regional inteqrasiyanın dərinləşdirilməsi üçün səmərəli şəkildə istifadə edilməsi mühüm strateji vəzifə kimi çıxış edir. Bu baxımdan, Azərbaycan-Gürcüstan münasibətləri nümunəvi qonşuluq və tərəfdaşlıq modeli kimi digər regional aktorlar üçün də mühüm örnək hesab oluna bilər”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, mədəni-humanitar sahədə əməkdaşlıq da bu münasibətlərin mühüm tərkib hissəsidir. Ortaq tarixi irs, mədəni dəyərlər və humanitar əlaqələr xalqlarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirir, qarşılıqlı anlaşmanı və etimadı artırır. Bu istiqamətdə həyata keçirilən layihələr regional sülhün, tolerantlığın və inteqrasiyanın möhkəmlənməsinə də öz töhfəsini verir.

“Nəticə etibarilə, Azərbaycan-Gürcüstan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Bu əlaqələr regional inteqrasiyanın dərinləşməsinə, bütövlükdə Cənubi Qafqazda iqtisadi inkişafın sürətlənməsinə, təhlükəsizliyin möhkəmləndirilməsinə və nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsinə xidmət edən mühüm strateji platforma kimi çıxış edir. Tarixi dostluq, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında qurulmuş bu tərəfdaşlıq gələcəkdə də Cənubi Qafqazın davamlı inkişafına, regional sabitliyin möhkəmlənməsinə və çoxtərəfli əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verməyə davam edəcək”, – deyə C.Feyziyev vurğulayıb.

Əvvəlki Yazı

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Növbəti Yazı

Azərbaycan-Gürcüstan münasibətləri geniş regional kontekstdə mühüm əhəmiyyət kəsb edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.