Teleqraf xəbər verir ki, Sərəncama əsasən Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri – Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
Müşahidə Şurasının üzvləri: Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri
Qeyd edək ki, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovdur.
