Aprel 9, 2026-3:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İran çətin gündə Azərbaycanın dost münasibətinin şahidi oldu

2026:04:08 - 18:05
in SİYASƏT
A A

İran çətin gündə Azərbaycanın dost münasibətinin şahidi oldu.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

O xatırladıb ki, İranla Azərbaycan arasında bu hadisələrə qədər və bundan öncə düşmənçilik yaratmaq istəyən qüvvələr var idi:

“Amma onların səyləri əbəs oldu. Bir daha aydınlaşdı ki, Azərbaycan heç zaman İrana qarşı düşmən mövqeyində olmayıb və olmayacaq. Biz İranın bir sıra ölkələrlə problemlərinin həllinin döyüş meydanında deyil, danışıqlar stolu ətrafında həll edilməsinin həmişə tərəfdarıyıq”.

Deputatın fikrincə, İlham Əliyevin İran prezidenti ilə telefon danışığı, qonşu ölkə ilə əlaqədar məsələlərdə narahatlıq keçirməsi, atəşkəslə əlaqədar təbriki də Azərbaycanın İrana dost münasibətinin əyani təzahürü idi:

“Azərbaycan İranla bağlı bir çox mühüm addımlar atdı. İran ali rəhbərinin vəfatı ilə bağlı Prezidentimiz başsağlığı verdi və səfirliyə gedərək xatirə kitabını imzaladı. İrana ilk humanitar yardım göndərən ölkələrdən biri Azərbaycan oldu. Eyni zamanda bir sıra digər ölkələr İrana humanitar yardımı məhz Azərbaycan ərazisinə keçməklə göndərdilər”.

A.Mirzəzadə xatırladıb ki, Azərbaycan bu dövrlərdə İranda qalan bir çox ölkələrin nümayəndələrini, hətta diplomatik heyətin üzvlərini sərhəddən maneəsiz keçməsinə və onların bir qisminin öz ölkəsinə, bir qisminin isə könüllü Azərbaycanda qalmasına şərait yaratdı.

“Atəşkəs dövrünün İranın bir sıra ölkələrlə problemlərinin həllinə yönələcəyinə ümid edirik və tezliklə, bu münaqişənin başa çatmasını arzulayırıq”, – o deyib.

Xatırladaq ki, İranla ABŞ arasında 2 həftəlik atəşkəs elan olunması ilə bağlı Azərbaycan Prezidenti İran Prezidentinə zəng edib və təbriklərini çatdırıb. Atəşkəs elan olunandan sonra İranı təbrik edən ilk lider Azərbaycan Prezidenti oldu.

Əvvəlki Yazı

Azərbaycan və Slovakiya ombudsmanları əməkdaşlığı müzakirə ediblər

Növbəti Yazı

Pentaqon: İran ya uranını ABŞ-a təhvil verəcək, ya da ABŞ onu zorla çıxaracaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.