Pentaqon iddia edir ki, ya İran zənginləşdirilmiş uranı ABŞ-a təhvil verəcək, ya da Vaşinqton bu nüvə materiallarını zorla çıxaracaq.
“Və onlar ya onu bizə (zənginləşdirilmiş uran ) təhvil verəcəklər, bunu Amerika Prezidenti Donald Tramp açıqlayıb, onlar könüllü olaraq bizə verəcəklər, biz alacağıq. Yaxud da [2025-ci ilin yayında Gecəyarısı Çəkic Əməliyyatı] zamanı olduğu kimi, özümüz bir şey etməli olsaq, onu çıxaracağıq”, – deyə ABŞ müdafiə naziri Pit Heqset mətbuat konfransında İranın zənginləşdirilmiş uran saxlaması məsələsini şərh edərkən bildirib. 22 iyun 2025-ci ildə Gecəyarısı Çəkic Əməliyyatı zamanı ABŞ Fordo, Nətənz və İsfahandakı İranın nüvə obyektlərinə hava zərbələri endirib.
Pentaqon rəhbəri bildirib ki, “Yenə də uranla bağlı: biz onu izləyirik, onların nəyə sahib olduqlarını bilirik. Və onlar bundan imtina edəcəklər. Və biz onu alacağıq, lazım gələrsə geri alacağıq. Biz bunu istənilən vasitə ilə edə bilərik”.
