May 1, 2026-7:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Vüqar Gülməmmədov: “Dövlət auditinin əhatə dairəsi genişləndiriləcək”

2026:04:10 - 10:16
in İQTİSADİYYAT
A A

Azərbaycanda dövlət auditinin əhatə dairəsi genişləndiriləcək, bu sahədə risk əsaslı yanaşma və rəqəmsallaşma gücləndiriləcək.

“Report” xəbər verir ki, bu barədə “Milli Məclis” analitik informasiya jurnalının 2026-cı il yanvar-fevral buraxılışında dərc olunmuş “Hesablama Palatasının 2026-2030-cu illər üçün yeni strateji planı” adlı məqaləsində qurumun sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, yeni strateji plan çərçivəsində maliyyə, uyğunluq və performans auditlərinin sayı artırılacaq, strateji əhəmiyyətli sahələrin audit portfelində payı yüksəldiləcək: “Auditlərin planlaşdırılması risklərin qiymətləndirilməsi əsasında həyata keçiriləcək. Hazırda dövlət müəssisələrinin auditində müəyyən məhdudiyyətlər mövcuddur. Bəzi hallarda bütün vəsaitlərin auditinin aparılması mümkün olmur, eyni zamanda dövlət informasiya sistemlərinə çıxış imkanları məhdud qalır”.

V. Gülməmmədov bildirib ki, audit prosesində informasiya texnologiyalarından istifadənin səviyyəsi də yetərli deyil və bu istiqamətdə islahatlar planlaşdırılır: “Data analitika alətlərindən və rəqəmsal həllərdən istifadənin genişləndirilməsi nəzərdə tutulur. Strateji planda kadr potensialının gücləndirilməsi də əsas prioritetlərdən biridir. Yüksək hədəflərin icrası üçün peşəkar mütəxəssislərin cəlb olunması və insan resurslarının inkişafı vacibdir”.

Onun sözlərinə görə, yeni yanaşmaya əsasən dövlət auditində süni intellekt və innovativ texnologiyaların tətbiqi genişləndiriləcək: “Bu texnologiyalar xüsusilə dövlət satınalmaları və maliyyə hesabatlarının təhlilində istifadə olunacaq. Strateji plan çərçivəsində konkret hədəflər də müəyyən edilib. 2030-cu ilə qədər auditlərin büdcə xərclərini əhatə etmə səviyyəsinin 50 %-dən çox olması, həmçinin audit tövsiyələrinin icra göstəricilərinin artırılması planlaşdırılır”.

V.Gülməmmədov vurğulayıb ki, yeni strateji plan dövlət maliyyə idarəçiliyinin müasir prinsiplərlə qurulmasına xidmət edir: “Məqsəd dövlət maliyyə sisteminin daha şəffaf, məsuliyyətli və nəticəyönümlü idarə olunmasına nail olmaq, eyni zamanda audit fəaliyyətinin təsir gücünü artırmaqdır”.

Əvvəlki Yazı

Slovakiya ombudsmanı Bakıda miqrantların saxlanma şəraiti ilə tanış olub

Növbəti Yazı

Anar Axundov: “2027-ci ildə V Könüllü Milli Hesabatın təqdim edilməsi planlaşdırılır”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.