Aprel 30, 2026-17:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

EMTA və “Bank Respublika” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

2026:04:10 - 12:35
in İQTİSADİYYAT
A A

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə “Bank Respublika” ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni EMTA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov və “Bank Respublika” ASC-nin İdarə Heyəti sədrinin müavini Elnur Həsənov imzalayıblar.

İmzalanma mərasimində Rövşən İsmayılov Fondun fəaliyyət istiqamətindən danışıb və bildirib ki, banklarla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlər veriləcək. O, “Bank Respublika” ilə əməkdaşlıqda həyata keçiriləcək enerji səmərəliliyi layihələrinin uğurlu olacağına ümidvar olduğunu qeyd edib.

Elnur Həsənov qarşılıqlı əməkdaşlıqda Fondun yaratdığı imkanlar hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsində maraqlı olduqlarını bildirib. Əməkdaşlıq müqaviləsi çərçivəsində bu istiqamətdə layihələrin dəstəklənməsində mümkün perspektivləri diqqətə çatdırıb.

Qeyd edək ki, Enerji effektivliyi fondu Prezident İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.Azətac

Əvvəlki Yazı

Azərbaycanın süni intellekt bacarıqlarının inkişafına dair təcrübəsi BNF-nin hesabatında yüksək qiymətləndirilib

Növbəti Yazı

Azərbaycanda iqlim dəyişiklikləri: meridional sirkulyasiya güclənir, cənub siklonlarının təsiri artır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.