İran ABŞ və İsrailin ona qarşı başlatdığı müharibənin vurduğu ziyana baxmayaraq, qonşuları ilə yaxşı münasibətlər saxlayır. Bu barədə İranın Özbəkistandakı səfiri Məhəmməd Əli İskəndəri bildirib.
“ABŞ və İsrailin başlatdığı müharibənin yan təsirlərinə baxmayaraq, Körfəz ölkələri ilə yaxşı münasibətlərimizi qoruyub saxlamışıq. Onların əhalisinin bu ölkələrdəki ABŞ bazalarına qarşı cavab zərbələrimizi alqışlaması təsadüfi deyil”, – deyə o, jurnalistlərlə görüşdə bildirib.
Səfir qeyd edib ki, bu ölkələr öz təhlükəsizliyini təmin etmək üçün ABŞ-a külli miqdarda pul ödəyiblər. “Lakin bütün dünya ABŞ-ın müttəfiqlərinin təhlükəsizliyini necə təmin etdiyini gördü”, – deyə o vurğulayıb.
