May 2, 2026-10:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident İlham Əliyevin Gürcüstan səfəri regionun gələcək istiqamətlərini müəyyən edir

2026:04:10 - 16:07
in SİYASƏT
A A

Prezident İlham Əliyevin strategiyasında Cənubi Qafqazı beynəlxalq siyasətdə əməkdaşlıq platformasına çevirmək xətti aydın görünür. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra bu strategiya daha təkidli formada, real addımlarla həyata keçirilir və regionda yeni geosiyasi reallıqlar formalaşdırır. Aprelin 6-da Prezident İlham Əliyevin Tbilisidə yüksək səviyyədə, xüsusi ehtiramla qarşılanması sübut etdi ki, Gürcüstan dövləti və cəmiyyəti də Azərbaycan rəhbərinin bu siyasətini bəyənir və dəstəkləyir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, Azərbaycan-Gürcüstan dostluğu, müttəfiqliyi regional sabitliyin əsas təminatçısıdır. Təsadüfi deyil ki, bu iki ölkənin münasibətləri fonunda regionda çoxtərəfli əməkdaşlıq platformalarının formalaşdırılması ideyaları irəli sürülür. Bu kontekstdə yanaşsaq, Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana reallaşan dövlət səfəri Cənubi Qafqazın geosiyasi və geoiqtisadi mənzərəsində mühüm hadisə kimi qiymətləndirilə bilər.

“Səfər çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə keçirilən görüşlər iki ölkə arasında münasibətlərin strateji səviyyədə olduğunu bir daha təsdiqlədi. Regional sabitlik, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, həmçinin siyasi dialoqun davamlılığı kimi məsələlər müzakirə edilərək pozitiv münasibət sərgiləndi.

Mövcud şərtlər Azərbaycanla Gürcüstanı təbii müttəfiqə çevirib. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,7 milyard ABŞ dollarından artıq investisiya yatırmaqla, bu ölkədə fəaliyyət göstərən xarici aktorlar arasında ilk üçlükdə qərarlaşır. Gürcüstanın təbii qaz tələbatının təxminən 80 faizi Azərbaycan tərəfindən təmin olunur”, – deyə M.Ələsgərli deyib.

Ekspert xatırladıb ki, iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollar civarındadır. Həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Orta Dəhliz layihələri iki ölkəni bir-birinə qırılmaz tellərlə bağlayır. Bununla yanaşı, birinci xanım Mehriban Əliyevanın 6 aprel səfərində iştirak etməsi iki ölkə arasında təkcə siyasi və iqtisadi əməkdaşlığa deyil, həm də humanitar və ictimai əlaqələrə ciddi önəm verildiyini nümayiş etdirdi.

Prezident İlham Əliyevin 6 aprel səfəri bir daha göstərdi ki, Azərbaycan-Gürcüstan əməkdaşlığı, sadəcə, ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də regional və qlobal siyasət kontekstində dəyərləndirilir. Bu iki dövlətin müttəfiqliyi fonunda sərgilənən siyasət regionun qlobal miqyasda strateji əhəmiyyətini artırır.

Əvvəlki Yazı

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək

Növbəti Yazı

Şirvanda zəhərlənənlər evə buraxılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.