Bu barədə Teleqraf-a Nazirlikdən məlumat verilib.
Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə B.Cəfərov üçün telefon təmiri, V.Ağayev üçün isə avtomobil şinlərinin bərpası və təmiri xidmətləri üzrə kiçik təsərrüfatlar qurulub. Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Qobustan rayonunda 555 şəxs üçün kiçik təsərrüfatlar qurulub.
