İspaniyanın Baş naziri Pedro Sançes Livanda Qəzza zolağına bənzər vəziyyətin təkrarlanmasının qarşısını almağa çağırıb.
Baş nazir çıxışını kabinetin veb saytında yayımlayaraq bildirib ki, “Qlobal Cənub adlanan bir çox ölkə Avropaya baxır və bizdən ikili standartlardan çəkinməyimizi istəyir. Livanda daha bir Qəzzaya icazə verməyəcəyik, çünki beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halları qarşısında Avropa ardıcıl hərəkət etməlidir”. Sançes əlavə edib ki, “Biz Livanda daha bir Qəzzaya yol verməyəcəyik”.
O, həmçinin hesab edir ki, Avropa Birliyi İsrail ilə assosiasiya müqaviləsini dayandırmalıdır.
