Avropa İttifaqı Rusiyadan neft və qaz tədarükünü bərpa etməli, onunla normal münasibətləri bərpa etməli və qlobal iqtisadi təcridə nail ola bilməyəcəyini qəbul etməlidir. Macarıstanın Baş naziri Viktor Orban bunu bəyan edərək, Brüsselin Moskvaya qarşı sanksiya siyasətinin açıq şəkildə uğursuz olduğunu qeyd edib.
Hökumət başçısı xatırladıb ki, Aİ hələ də Ukraynanı dəstəkləmək ümidi ilə Rusiyanın enerji təchizatının Avropa bazarına daxil olmasının qarşısını almağa çalışır. “Lakin Brüssel Rusiya ilə bu rəqabəti uduzub, çünki görünür, ruslar indi xammallarını Avropadan başqa hər kəsə sata və bundan çox pul qazana bilərlər”, – Orban ATV- yə verdiyi müsahibədə deyib.
Onun fikrincə, Aİ liderləri “Rusiyanı qlobal iqtisadiyyatdan təcrid edə bilməyəcəklərini” başa düşməlidirlər. Baş nazir vurğuladı ki, “ucuz Rusiya nefti Avropaya buraxılmalıdır, əks halda Avropa iqtisadiyyatı yaxınlaşan enerji böhranı şəraitində fəaliyyət göstərə bilməyəcək”. Orban təklif etdi ki, “gəlin normal həyata qayıdaq, Rusiya ilə ticarət edək”.
