İsrail Fransanın gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan Livanla birbaşa danışıqlarda iştirakını qadağan edib. Bu barədə “The Jerusalem Post” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail Fransanı “son bir ildəki davranışlarına”, o cümlədən Livana şiə hərəkatı Hizbullahın tərksilah edilməsinə kömək etməməsinə və Parisin İrana qarşı əməliyyat zamanı İsrailə silah çatdıran Amerika təyyarələrinin onun hava məkanından keçməsinə icazə verməkdən imtina etməsinə görə “ədalətsiz vasitəçi” hesab edir.
Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Livanla birbaşa danışıqların “mümkün qədər tez” başlamasını əmr etdiyini açıqlamışdı. Axios-un məlumatına görə, danışıqların gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılır. Hər iki tərəf ABŞ-da səfir səviyyəsində təmsil olunacaq.
