Fransa hakimiyyəti ölkənin donanmasının 400 illiyini qeyd etmək üçün Marseldə planlaşdırılan dəniz paradını keçirməyəcək. Bu barədə BFMTV Fransa Silahlı Qüvvələr Nazirliyinə istinadən məlumat yayıb.
Kanal Müdafiə Nazirliyinin sözçüsü Olivia Peniçudan sitat gətirib: “Hərbi Dəniz Qüvvələrinin hazırkı əməliyyat tapşırıqlarını və onların prioritetini nəzərə alaraq, Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi 8 may tarixində Marsel limanında keçirilməsi planlaşdırılan donanma nümayişini ləğv etmək qərarına gəlib”.
O, aydınlaşdırdı ki, gəmilərin əksəriyyəti, o cümlədən “Şarl de Qoll” təyyarədaşıyan gəmisi, hələ də İsrailin Livandakı hərbi əməliyyatı və ABŞ-İsrail müharibəsi ilə əlaqəli missiyalarda iştirak edir.
