ABŞ hakimiyyəti Fələstinin HƏMAS hərəkatının nümayəndələrini oktyabrda yaraqlıların İsrailə hücumunu təşkil edən liderlərini təhvil verməyə çağırır, lakin etiraf edir ki, bu ideya hələ reallaşmayacaq. Bu barədə “Semafor” portalı mənbələrə istinadən məlumat yayıb.
Nəşr ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurkdan sitat gətirir ki, o, ərəb diplomatları ilə görüşdə Qəzza sakinlərini qorumaq üçün “ HƏMAS rəhbərləri və məsul şəxsləri təslim edilməlidir” deyib. Daha sonra ABŞ prezidenti Co Bayden “The Washington Post” səhifələrində oxşar tezisi dilə gətirib. Amerika lideri iddia edib ki, əgər Fələstin hərəkatı həqiqətən də mülki əhalinin acınacaqlı vəziyyəti ilə maraqlansa, o, “bütün girovları azad edəcək, silahlarını təhvil verəcək və liderlərini təslim edəcək”.
ABŞ rəsmiləri və Yaxın Şərq ölkələrinin nümayəndələri Semafor-a bildiriblər ki, HƏMAS rəhbərliyini məsuliyyətə cəlb etmək üçün konkret addımları müzakirə etmək hələ tezdir. Müzakirələrdə iştirak edən rəsmilərdən biri nəşrə bildirib ki, Həmas liderlərinin məsələsinə Beynəlxalq Cinayət Məhkəməsi (ICC) baxa bilər. İsrail, ABŞ kimi, Roma Əsasnaməsini imzalamadığı üçün BCM-nin üzvü deyil. (Tass)