Havanın temperaturu gecə 8 dərəcədən 10 dərəcəyədək, gündüz 12 dərəcədən 15 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6 dərəcədən 10 dərəcəyədək, gündüz 13 dərəcədən 17 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 5 dərəcəyədək, gündüz 5 dərəcədən 10 dərəcəyədək olacaq.
