May 1, 2026-19:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ADAU-da gənclərə çağırış: “Narkomaniyaya yox de, sağlam gələcəyi seç!”

2026:04:13 - 16:23
in SOSİAL
A A

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzinin təşviqi məqsədilə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova bildirib ki, gənclərin sağlam, təhlükəsiz və şüurlu həyat tərzi seçməsi cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. O, narkotik vasitələrin insan sağlamlığına, psixologiyasına və sosial həyatına ciddi zərər vurduğunu vurğulayaraq, bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi, polis mayoru Rəşad Musayev və həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Sərvan Axundov narkotiklərlə mübarizə istiqamətində görülən tədbirlər, hüquqi məsuliyyət və real həyat təcrübələri barədə məlumat veriblər.

Daha sonra Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının baş müəllimi Sevinc Hüseynova və Əczaçılıq kafedrasının assistenti Samirə Quliyeva narkotik vasitələrin insan orqanizminə təsiri, asılılıq yaradan mexanizmlər və bu maddələrin yaratdığı fəsadlar barədə ətraflı təqdimatla çıxış ediblər.

Görüş interaktiv müzakirə formatında davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılara narkomaniyaya qarşı mübarizənin hər bir fərdin və bütövlükdə cəmiyyətin üzərinə düşən mühüm vəzifə olduğu bir daha xatırladılıb.

Əvvəlki Yazı

AMEA Gəncə Bölməsinin beynəlxalq elmi reyestrə inteqrasiyası istiqamətində işlər görülür

Növbəti Yazı

“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” toplusunun yeni nömrəsi çapdan çıxıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.