İsrailin Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsini vurması nəticəsində azı 52 nəfər həlak olub. Bu barədə “Sky news Arabiya” Fələstin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ölənlərin hamısı bir ailənin üzvləridir.
Oktyabrın 7-də Yaxın Şərqdə münaqişənin yeni eskalasiya mərhələsi başlayandan bu qaçqın düşərgəsi dəfələrlə bombardman edilib, nəticədə artıq onlarla insan orada həlak olub, bir çox cəsədi dağıntılar altından çıxarmaq mümkün olmayıb.