ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra 28 fevralda bağlanan Küveyt hava məkanı ən azı 12 saat daha açılmayacaq. Bu barədə TASS-a Yaxın Şərq hava nəqliyyatının idarə olunmasındakı mənbə bildirib.
Agentliyin mənbəsi bildirib ki, bu müddətin təxmini olduğunu qeyd edərək, “Küveytin hava məkanı ən azı daha 12 saat, UTC vaxtı ilə saat 16:00-a (Bakı vaxtı ilə saat 20:00 ) qədər bağlı qalacaq. Bu, ölkə səmasının mülki aviasiya üçün bağlandığı ardıcıl 46-cı gündür.
Mənbə qeyd edib ki, Qətər və BƏƏ-nin hava məkanında qismən məhdudiyyətlər qüvvədə qalır, İraq, Suriya və Bəhreyn isə səmalarını uçuşlar üçün açıb. Bəhreyn əvvəlcədən təsdiqləndikdən sonra təyyarələri qəbul etməyə və tranzitə icazə verməyə hazırdır. (TASS)
