May 1, 2026-22:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın İranla son diplomatik təmasları bölgədə sabitliyin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir

2026:04:14 - 16:56
in SİYASƏT
A A

Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng etməsi və tərəflər arasındakı son diplomatik təmaslar regional sabitliyin qorunması və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. İran ilə ABŞ arasında əldə olunmuş iki həftəlik atəşkəs elanından dərhal sonra dövlətimizin başçısının iranlı həmkarına zəng edərək təbriklərini çatdırması Bakının bölgədə gərginliyin azaldılmasına verdiyi önəmin bariz nümunəsidir. Atəşkəs elanından sonra İranı təbrik edən ilk liderin məhz Prezident İlham Əliyev olması Azərbaycanın qonşu dövlətin sabitliyində nə dərəcədə maraqlı olduğunu və diplomatik çevikliyini bir daha sübut etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

“Tarixi təcrübə göstərir ki, Azərbaycan İran üçün ən ağır sınaq günlərində öz səmimi davranışı ilə sadiq dost olduğunu dəfələrlə isbat edib. Müxtəlif xarici dairələrin əsassız iddialarına və regiondakı mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, Azərbaycan-İran sərhədi İran üçün hər zaman ən təhlükəsiz məkandır. Azərbaycan ərazisindən qonşu dövlətə qarşı hər hansı təhdidin yaranmasına heç vaxt imkan verilməyib ki, bu da rəsmi Bakının prinsipial və etibarlı tərəfdaşlıq mövqeyinin göstəricisidir. Bu mənəvi bağlılıq və dəstək özünü ən kədərli anlarda da büruzə verib. İranın ali dini lideri Əli Xomeneinin vəfatı ilə bağlı İran xalqına ilk başsağlığı verən və şəxsən İran səfirliyini ziyarət edən dövlət başçısı məhz Azərbaycan Prezidenti oldu. Eyni zamanda, Azərbaycanın çətin anlarda İrana humanitar yardım göndərməsi dostluq münasibətlərinin real və humanitar təməllərə söykəndiyini nümayiş etdirdi”, – deyə G.Ağamalı söyləyib.

Deputat əlavə edib ki, bütün bu xoşməramlı təşəbbüslər Azərbaycanın İrana olana səmimi və dost münasibətinin əyani təzahürləridir. Uzun müddətdir İranda Azərbaycanı özləri üçün təhlükə hesab edənlər və düşmən obrazı yaratmağa çalışan müəyyən dairələr artıq reallıqları aydın şəkildə görməkdədirlər. Bakının atdığı addımlar süni şəkildə yaradılan gərginlikləri və dezinformasiyaları tamamilə iflasa uğradır. Bölgədə yaranmış yeni müsbət atmosfer fonunda iki ölkə arasındakı əlaqələrə kölgə salmağa çalışan qüvvələrin səs ucaltmasına bundan sonra imkan verilməyəcək və münasibətlər qarşılıqlı etimad əsasında daha da möhkəmlənəcək.

Əvvəlki Yazı

Gələcəyə sərmayənin ünvanı – Qarabağ Universitetinin tələbələri seçimlərindən razıdırlar

Növbəti Yazı

Türk general: Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.