İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində ən azı 35 nəfər həlak olub, daha 159 nəfər yaralanıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Departamentin X-də dərc olunmuş açıqlamasında deyilir: “Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri həlak olan mülki şəxslərin ümumi sayı 2124-ə, yaralılar isə 6921-ə çatıb. Hava hücumlarının qurbanları arasında 168 uşaq və 254 qadın var.” (Tass)
