ABŞ prezidenti Donald Tramp Avropanın miqrasiya və enerji siyasəti ilə özünü məhv etdiyini bildirib.
“Onlar (avropalılar ) dünyada ən yüksək enerji qiymətlərini ödəyirlər və hətta enerjilərini haradan aldıqları Hörmüz boğazı uğrunda mübarizə aparmağa belə hazır deyillər. Onlar Donald Trampın onu açıq saxlayacağına ümid edirlər”, – deyə o, Corriere della Sera müxbiri ilə telefon danışığında bildirib.
Tramp bir daha NATO-nu “kağız pələng” adlandırdı. Mina gəmiləri ilə bağlı italyanlardan və avropalılardan kömək istəyib-istəmədiyi soruşulduqda, Amerika prezidenti belə cavab verdi: “Mən onlardan istədiklərini göndərmələrini istədim, amma göndərməyəcəklər, çünki NATO kağız pələngdir”.
