Rusiyalı iş adamı və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Ermənistan vətəndaşlığı istisna olmaqla, bütün vətəndaşlıqlardan imtina prosesinə başladığını açıqladı.
“Seçkilərdə iştirak etdiyim və qələbəmə əmin olduğum üçün bu pasportlardan imtina prosesinə başlamaq qərarına gəldim”, – deyə o, ilk məhkəmə iclasında bildirib.
Ermənistan vətəndaşlığından başqa vətəndaşlığa sahib olmaq, 7 iyunda keçiriləcək Ermənistan parlament seçkilərində iştirak etmək üçün maneədir. (Tass)
