Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan səviyyəsində 17 apreldə Moskvada keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. Bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
Agentliyin mənbəsi Ermənistanın Moskvada keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasında iştirak edib-etməyəcəyi və əgər iştirak edəcəksə, hansı səviyyədə olacağı ilə bağlı suala cavab olaraq bildirib: “Biz Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan səviyyəsində işdə iştirak edəcəyik”.
Aprelin 17-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının 2026-cı ildə ilk iclası keçiriləcək. MDB İcraiyyə Komitəsi iclasda nazirlərin beynəlxalq gündəm və Birlik daxilində əməkdaşlıq üzrə geniş spektrli aktual məsələlər üzrə qərarlar qəbul edəcəklərini açıqlayıb. (Tass)
