Rusiya Prezidenti Vladimir Putinin Çinə qarşıdan gələn səfəri çərçivəsində yüksək səviyyəli təmaslar hazırlanır. Bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kremlin sözçüsü qeyd edib ki, “Çin bizim xüsusilə imtiyazlı strateji tərəfdaşımızdır və hazırda səfər və yüksək səviyyəli təmaslar üçün hazırlıqlar görülür. Bu təmasların vaxtı barədə sizə vaxtında məlumat verəcəyik”.
(Tass)
