ABŞ prezidenti Donald Tramp bildirib ki, digər dünya liderləri ilə müqayisədə Çinə qarşı ən sərt mövqe tutur. Siyasətçi Fox News-a verdiyi müsahibədə bildirib ki, fikir ayrılıqlarına baxmayaraq, ABŞ Çin rəhbərliyi ilə yaxşı münasibətlər saxlayır.
Amerika lideri qeyd edib ki, “Çinlə heç vaxt asan olmayıb, amma biz onlarla yaxşı yola gedirik. Mən Çinə qarşı dünyanın hər yerindən daha sərtəm. Mən Çin avtomobillərinə 100% tarif tətbiq etmişəm və ölkədə heç bir Çin avtomobili yoxdur”.
Çinə qarşı digər “sərt” tədbirləri sadaladıqdan sonra Tramp “Prezident Si Cinpinlə yaxşı münasibətlərinin olduğunu” bildirib. (Tass)
