Qəzza zolağının şimalında gedən döyüşlər zamanı İsrail silahlı qüvvələri Fələstinin radikal HƏMAS hərəkatının 12-yə qədər batalyonunu məhv edib. Bu barədə İsrailin ehtiyatda olan Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus ILTV -yə müsahibəsində bildirib.
“İndiyədək Qəzzanın şimalında yaxşı, davamlı və metodik irəliləyiş əldə etmişik. Biz Qəzzanın şimalında onlarla Həmas batalyonundan 11-12-ni vurub sıradan çıxarmışıq. Bu, yaxşı irəliləyişdir”, – o deyib.
“Hələ ki, onların hamısı [hərəkətdən] çıxarılmayıb, lakin bizim hərəkətlərimiz nəticəsində onların əsas döyüş imkanlarına ciddi ziyan dəyib. Amma mərkəzi və cənub bölgələrində HƏMAS-ın digər yarısı, digər 12 batalyonu da var- Konrikus əlavə edib. “Və təbii ki, hamı başa düşür ki, Qəzzada növbəti terror aktının qarşısını almaq üçün biz HƏMAS-ın bütün imkanlarının məhv edilməsini təmin etməliyik. İDF bunu edəcək”, – o vurğulayıb. (Tass)