Aprel 23, 2026-13:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Ordubaddakı “Ərbabın iş yeri” adlı tarixi binanın bərpası ilin sonunadək tamamlanacaq

2026:04:15 - 16:26
in MƏDƏNİYYƏT
A A
Ordubad rayonundakı “Ərbabın iş yeri” adlı tarixi binanın bərpasının ilin sonunadək tamamlanması planlaşdırılır.

“Report”un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında binanın bərpa layihəsinin rəhbəri Fərid Kazımlı deyib.

Onun sözlərinə görə, artıq binanın bərpasına başlanılıb və işlərin təxminən 50 faizi tamamlanıb:

“Qaba işlər yekunlaşıb, hazırda təmir mərhələsinə keçirik. Əsas məqsəd tikilinin ilkin memarlıq üslubunu qoruyaraq onu əvvəlki görkəminə qaytarmaqdır”.

Qeyd olunub ki, bərpa prosesi Mədəniyyət Nazirliyi ilə razılaşdırılmış şəkildə həyata keçirilir. Tarixi binanın bütün ornamentləri və memarlıq elementləri öz ilkin formasına uyğun şəkildə yenidən bərpa ediləcək.

Planlaşdırmaya əsasən, işlər başa çatdıqdan sonra bina bölgənin mədəni-tarixi irsinin mühüm nümunələrindən biri kimi yenidən istifadəyə veriləcək.

Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Resoublikası (MR) Ordubad rayonunun giriş hissəsində yerləşən bu ikimərtəbəli qədim bina vaxtilə bölgənin sənaye tarixində mühüm rol oynayıb. Tikili yerli əhali arasında “Ərbab” kimi tanınan Rzaqulu Rzayevə məxsus olub.

1865-ci ildə fəaliyyətə başlayan bu obyekt Ordubad şəhərindəki ilk ipək fabriki kimi tanınır. Fabrikin qurucusu olan R.Rzayev həm müəssisənin ilk rəhbəri, həm də xeyriyyəçiliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxs kimi yadda qalıb. Onun təşəbbüsü ilə bölgədə baramaçılıq ənənələri yenidən inkişaf etdirilib.

Tarixi mənbələrə görə, R.Rzayev ipək istehsalında əl üsulları ilə yanaşı, dövrü üçün müasir sayılan texnologiyaların tətbiqinə də əhəmiyyət verib. Onun təşəbbüsü ilə Ordubada 96 çeşməli 24 dəzgah gətirilmiş və bu, ipək istehsalının keyfiyyətini xeyli artırıb.

Əvvəlki Yazı

Azərbaycan və Rusiya AZAL təyyarə qəzası ilə bağlı razılığa gəldi

Növbəti Yazı

Sahibə Qafarova İstanbulda Qadın Parlamentarilər Forumunda çıxış edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.