Aprel 18, 2026-12:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın balanslı siyasəti – qlobal təlatümlər fonunda müdrik dövlətçilik modeli

2026:04:17 - 14:51
in SİYASƏT
A A

Müasir beynəlxalq münasibətlər sistemi bəlkə də son onilliklərin ən mürəkkəb və ziddiyyətli mərhələsini yaşayır. Dünyada yeni geosiyasi qütbləşmə dərinləşir, böyük güclər arasında rəqabət daha sərt xarakter alır, regional münaqişələr isə beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaradır. Belə bir şəraitdə hər bir dövlətin siyasi çəkisi onun yalnız iqtisadi və hərbi potensialı ilə deyil, eyni zamanda, strateji düşüncə tərzi, diplomatik çevikliyi və milli maraqlarını qorumaq bacarığı ilə müəyyən olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov deyib.

Onun sözlərinə görə, məhz bu baxımdan Azərbaycanın yürütdüyü balanslı və çoxvektorlu siyasət dünyada xüsusi maraq doğuran nümunələrdən biri sayılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xarici siyasətdə müstəqil, prinsipial və praqmatik xətt formalaşdıraraq özünü etibarlı tərəfdaş, sözünün sahibi olan dövlət kimi təsdiqləyib. Dövlət başçısının tez-tez vurğuladığı kimi, Azərbaycanın siyasətinin əsasında ilk növbədə milli maraqlar dayanır.

“Prezident İlham Əliyevin bu fikri xüsusilə diqqətəlayiqdir: “Azərbaycan müstəqil siyasət aparır və öz milli maraqlarını hər şeydən üstün tutur”. Məhz bu siyasi xətt sayəsində Azərbaycan nə Şərq ilə Qərb arasında gedən geosiyasi qarşıdurmalarda tərəf kimi çıxış edir, nə də hər hansı xarici mərkəzin təsiri altında qərarlar verir. Əksinə, ölkəmiz bütün tərəflərlə qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və qarşılıqlı faydaya əsaslanan münasibətlər qurur. Hazırda rəsmi Bakı həm Avropanın enerji təhlükəsizliyinin mühüm təminatçısı, həm türk dünyasının siyasi cazibə mərkəzlərindən biri, həm də ABŞ, Çin, Yaxın Şərq və digər güc mərkəzləri ilə dialoq platforması rolunu oynayır. Bu isə təsadüfi deyil, uzaqgörən dövlətçilik fəlsəfəsinin nəticəsidir”, – deyə A.Rafailov vurğulayıb.

Deputat xüsusilə qeyd edib ki, Azərbaycanın daxildə yaratdığı multikultural və tolerant cəmiyyət modeli onun xarici siyasətində də aydın şəkildə əks olunur.

“Müxtəlif xalqlara, dinlərə və mədəniyyətlərə hörmət prinsipi ölkə daxilində olduğu kimi, beynəlxalq münasibətlərdə də aparıcı xəttdir. Mən yəhudi icmasını təmsil edən deputat kimi bunu xüsusi vurğulamaq istəyirəm: Azərbaycan dünyaya sübut edir ki, fərqliliklər qarşıdurma səbəbi deyil, əməkdaşlıq üçün zəngin imkan mənbəyidir. Azərbaycan–İsrail münasibətləri bunun nümunələrindən biridir. Ölkəmiz İsraillə strateji əməkdaşlığı uğurla inkişaf etdirməklə yanaşı, regionun digər dövlətləri ilə də siyasi tarazlığı qoruyur. Bu, yalnız peşəkar diplomatiya deyil, həm də müdrik siyasi liderliyin göstəricisidir”, – deyə o əlavə edib.

Bu gün Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar fonunda Azərbaycanın rolunun daha da artdığını deyən A.Rafailov bildirib ki, artıq ölkəmiz regional proseslərin sadəcə iştirakçısı deyil, həmin proseslərin istiqamətini müəyyən edən əsas aktorlardan biridir. Sülh təşəbbüsləri, enerji layihələri, Orta Dəhlizin inkişafı və beynəlxalq forumlarda fəal iştirak bunu açıq şəkildə nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın balanslı siyasəti bir daha sübut edir ki, güclü dövlət yalnız resurslarla deyil, düşünülmüş diplomatiya, müstəqil siyasi iradə və güclü liderliklə qurulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın qlobal proseslər fonunda öz sözünü deyən, milli maraqlarını qətiyyətlə qoruyan və gələcəyə inamla addımlayan dövlət olduğunu bir daha təsdiqləyir.

Əvvəlki Yazı

Belarus Müdafiə Nazirliyi ölkəyə qarşı təcavüz ehtimalının qaldığını bildirib

Növbəti Yazı

Hindistan qonşu ölkələrdən yanacaq təchizatı ilə bağlı sorğular alıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.