ABŞ və İran arasında danışıqların hələ rəsmi olaraq təyin olunmasa da, çox güman ki, 20 aprel Bazar ertəsi günü Pakistanda baş tutacaq. Bu barədə The Wall Street Journal (WSJ) ABŞ prezident administrasiyasının yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
Rəsmi şəxsin sözlərinə görə, Prezident Donald Trampın danışıqlar qrupu hazırlıq vəziyyətindədir və danışıqlara hazırdır. Nəşrin qeyd etdiyinə görə, ötən həftə sonu bir neçə raund danışıqlar baş tutsa da, münaqişəyə son qoya biləcək irəliləyiş əldə olunmayıb. (Tass)
