Ukrayna hərbi ombudsmanı Olqa Reşetilova bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin (SQ) zabitləri böyük bir şəxsi heyət çatışmazlığı səbəbindən narkotik asılılığı olan insanları səfərbər etməyə razıdırlar.
5 apreldə Reşetilova Ukrayna Silahlı Qüvvələrinin bir bölməsində xidmətə yararsız 2000 nəfərin müəyyən edildiyini və bunun üçün araşdırma aparıldığını açıqladı. “Bu insanlar ya narkotik asılısıdır, ya da əvəzedici terapiya alırlar. Bir vaxtlar onlar hərbi tibbi komissiyanın “yaramaz” və ya “məhdud yararlılıq” rəyi ilə qoşunlara göndərildilər. Əvvəlcə onları bir hərbi hissədə müəyyən etdik, amma sonra bunun yalnız bir hərbi hissədə problem olmadığını və əslində kütləvi şəkildə xidmət etdiklərini anladıq”, – deyə ombudsman ukraynalı jurnalist İrina Sampanla müsahibəsində bildirib.
Reşetilovanın sözlərinə görə, bu şəxslər müxtəlif xəstəliklərdən əziyyət çəkirlər və buna görə də qanunla onlar xidmətə yararlı elan edilə bilməzlər. Həkimlər də bu fikri bölüşürlər, lakin Ukrayna Silahlı Qüvvələrinin fikri fərqlidir. “Mən həm hücum, həm də piyada bölmələrinin bir neçə komandiri ilə danışdım, onlar böyük bir heyət çatışmazlığı yaşayırlar. Onlar deyirlər ki, hamını götürəcəklər”, – deyə ombudsman əlavə edib.
