İran Məclisinin (Parlament) sədri Məhəmməd Baqer Qalibafın bəyanatına görə, Tehran ABŞ-ın İran sularında mina təmizləmə cəhdlərini atəşkəsin pozulması kimi qiymətləndirir.
ISNA xəbər agentliyinin məlumatına görə, Qalibaf deyib: “Biz ABŞ-ın ərazi sularımızdan minaları təmizləmək cəhdinə qətiyyətlə qarşı çıxdıq və bunu atəşkəsin pozulması hesab edirik”. İran Məclisinin spikeri iddia edir ki, İslamabadda keçirilən danışıqlar zamanı ABŞ mina gəmisi “bir az da olsa tərpənərsə”, onu vuracağı ilə hədələyib. Qalibafın sözlərinə görə, Vaşinqton daha sonra gəmiyə geri çəkilməyi əmr edib.
İranlı siyasətçi həmçinin ABŞ-ın Hörmüz boğazını blokadaya almasını tənqid edib. O bildirib ki, qərar ləğv edilməsə, boğazda gəmiçilik ciddi şəkildə məhdudlaşdırılacaq, çünki bu boğaz İslam Respublikası tərəfindən “tamamilə nəzarətdədir”. (Tass)
