İran ABŞ və İslam Respublikası arasında elan edilən atəşkəs müddətində raket buraxıcıları və pilotsuz uçuş aparatları arsenalını genişləndirib. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) komandanı general Məcid Musəvi bildirib.
“Atəşkəs dövründə raket buraxıcılarının və dronların yenilənməsi və doldurulması sürətimiz daha da yüksəkdir. Bilirik ki, düşmən özü üçün belə şərait yarada bilmir və dünyanın o biri tərəfindən sursat çatdırmaq məcburiyyətində qalır”, – deyə Nour News Musəvidən sitat gətirib.
