Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Vladimir Zelenski Qərbin yolunu izləməklə Ukraynanı itirmək riski ilə üzləşə bilər.
Belarus lideri RT-yə verdiyi müsahibədə bildirib ki, “O, baş verənlərə, siyasətə, bu gün gedən müharibəyə görə çox yüksək qiymət ödədiyini başa düşməlidir. O, bunu başa düşməlidir və başa düşməlidir ki, əgər dayanmasa, Ukraynanı itirəcək. O, yenidən hərbiləşmə yoluna qədəm qoyub, guya ona pul və silah verəcək Qərbin yolunu izləyib.” (Tass)
