İran prezidenti Məsud Pezeşkyanın fikrincə, müharibənin davam etdirilməsi nə İran, nə də ABŞ üçün əlverişsizdir, ona görə də diplomatik həll yolları axtarılmalıdır.
Prezidentin mətbuat xidməti onun sözlərini sitat gətirib: “Müharibə heç kimə sərf etmir və təhdidlərə qarşı mübarizə apararkən gərginliyi azaltmaq üçün bütün ağlabatan və diplomatik vasitələrdən istifadə etmək lazımdır. Eyni zamanda, düşmənə qarşı inamsızlıq və qarşılıqlı əlaqələrdə sayıqlıq vacib olaraq qalır”. (Tass)
