Aprel 23, 2026-14:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Qardaşdan da artıq”: Bakı, Ankara və İslamabadın bənzərsiz birliyi

2026:04:21 - 10:32
in SİYASƏT
A A

Hər kəs Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Antalya Diplomatik Forumunda birgə çəkilmiş fotolarını xatırlayır. Türkiyənin xarici işlər naziri Hakan Fidan həmin foto barədə danışarkən “qardaşdan artıq” ifadəsini işlətmişdi. Düşünürəm ki, bu münasibətin dünyada bənzəri yoxdur. Elə bu səbəbdəndir ki, tərəflər bir-biri ilə görüşmək üçün bütün fürsətləri dəyərləndirirlər.

Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Araz Balayev deyib.

O bildirib ki, Antalya Diplomatik Forumu da məhz bu fürsətlərdən idi. Prezident İlham Əliyev forum çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şəriflə bir araya gəldi.

“Azərbaycan Prezidentinin hər iki liderlə hansı mövzularda danışıqlar aparıldığını təsəvvür etmək o qədər də çətin deyil. Yaxın Şərqdəki gərginlik, müharibənin yenidən alovlanma riskləri və təbii olaraq Azərbaycan-Ermənistan münasibətləri. Liderlərin gündəliyində birgə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və proseslərə koordinasiyalı reaksiyanın verilməsi kimi vacib məqamlar da var idi. Çünki regionumuzda vəziyyət qeyri-müəyyəndir. Bu səbəbdəndir ki, dövləti qorumaq, təhlükəsizliyi təmin etmək kimi öhtəliklər qardaş liderləri birgə fəaliyyətə sövq edir. Antaliya Diplomatik Forumunun “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusuna həsr olunması da yəqin ki, təsadüfi deyildi. Azərbaycanın artan rolu riskləri və imkanları Bakı ilə birgə, xüsusilə enerji təhlükəsizliyi mövzusunda, müəyyənləşdirmək və ortaq strategiyalar hazırlamaq istəyənlərin sayını artırır. Amma vaxt azlığı bəzən istəklərə mane olur. Buna baxmayaraq Prezident İlham Əliyevin Suriya, Moldova və Şimali Kiprdən olan həmkarları ilə müzakirə aparmaq imkanı oldu. Forumda Azərbaycan Prezidentinə olan maraq, əslində ölkəmizin regionda artan nüfuzunun təzahürü idi”, – deyə Araz Balayev vurğulayıb.

Əvvəlki Yazı

Fövqəladə hallar nazirinin Naxçıvan şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişib

Növbəti Yazı

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.