ABŞ Rusiya ilə hipotetik münaqişə halında Avropa ölkələri adından vasitəçilik etməyəcək. Bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün ” Max” kanalında bildirib.
O, Vaşinqton Müqaviləsinin 5-ci maddəsinin işləyib-işləməyəcəyini və Rusiya ilə mümkün münaqişə halında ABŞ-ın Avropa adından müdaxilə edib-etməyəcəyini düşünürdü.
“Deməli, bu halda amerikalılar Avropa adından hərəkətə keçəcəklərmi? Məncə, yox. Və bu, [ABŞ prezidenti Donald] Trampın avropalılara qarşı tənqidi münasibəti və ya hətta ABŞ-ın bütün resurslarını istehlak edən İranla mövcud münaqişə ilə bağlı deyil”, – deyə Medvedev qeyd edib. (Tass)
