Aprel 25, 2026-2:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Gündəlik həyatda formalaşan ziyanlı vərdişlər hansılardır?

2026:04:21 - 18:17
in GÜNDƏM
A A

Mütəxəssislər insanların gündəlik həyatda diqqət etmədən formalaşdırdığı dörd vərdişin uzun müddət ciddi sağlamlıq problemlərinə səbəb olduğunu düşünürlər.

AZƏRTAC “Independent”in məlumatına istinadla xəbər verir ki, ekran qarşısında uzun müddət vaxt keçirmək, qidalanmada yanlış fasilələr, düzgün olmayan oturuş forması və həddindən artıq düşünmək kimi hallar sağlamlıq üçün əsas risk amilləri hesab olunur.

Bildirilib ki, insanların uzun müddət ekran qarşısında qalmağı bel və boyun ağrılarına səbəb olmaqla yanaşı, yuxu rejiminə də mənfi təsir göstərir. Ekranlardan yayılan işıq yuxu hormonu olan melatoninin ifrazını azaldaraq yuxuyagetmə prosesini çətinləşdirir. Araşdırmalara görə, yetkin insanların sağlamlığı üçün gecə ərzində ən az 7 saat yuxu vacibdir. Yatmazdan əvvəl ekran istifadəsinin məhdudlaşdırılması tövsiyə olunur.

Həmçinin bəzi şəxslər çəkiyə nəzarət məqsədilə qida qəbulunu gecikdirir və ya ötürür. Lakin bu hal qanda şəkərin səviyyəsinin aşağı düşməsinə, halsızlıq və başgicəllənməyə səbəb ola bilər. Eyni zamanda, uzun müddət ac qalmaq sonradan normadan artıq qida qəbuluna və sağlam olmayan qidalanma vərdişlərinə gətirib çıxarır.

Mütəxəssislər düzgün olmayan oturuş vərdişlərinin də sağlamlığa mənfi təsir etdiyini bildiriblər. Uzun müddət yanlış vəziyyətdə oturmaq bel və boyun ağrıları, əzələ gərginliyi, həmçinin digər funksional pozuntularla nəticələnə bilər.

Bundan əlavə, həddindən artıq düşünmək də psixi sağlamlıq üçün risk amili kimi qiymətləndirilir. Araşdırmalar göstərir ki, davamlı mənfi düşüncələr depressiya və narahatlıq hallarının artmasına, həmçinin yaddaş problemlərinə səbəb ola bilər.

Mütəxəssislər vurğulayıblar ki, gündəlik vərdişlər kiçik görünsə də, onların uzunmüddətli təsiri insan sağlamlığı üçün əhəmiyyətlidir və sağlam həyat tərzi üçün bu amillərə diqqət yetirilməsi vacibdir.

Əvvəlki Yazı

Agentlik rəsmisi: Peşə təhsili alanlar üçün inkişaf imkanları məhdud deyil

Növbəti Yazı

Dodon: Avroskeptiklərin Aİ seçkilərindəki uğuru Moldovada dəyişikliklərə səbəb olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.