İranın qonşuları Tehranın düşmənlərinə ərazilərindən istifadə etməyə icazə versələr, neft hasilatına əlvida deyə bilərlər. Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) komandiri general Məcid Musəvi bildirib.
Mehr xəbər agentliyi onun sözlərini sitat gətirib: “Cənub qonşularımız bilməlidirlər ki, əgər onların coğrafi mövqeyi və imkanları düşmənlərin İran xalqına hücum etmək üçün xeyrinə istifadə olunarsa, onlar Yaxın Şərqdə neft hasilatına əlvida deməlidirlər”
