Türkiyə Xarici İşlər Nazirliyi Qərb Şəriyəsində fələstinlilərə qarşı hücumları qətiyyətlə pisləyərək onları terror aktları adlandırıb.
Nazirlikdən verilən açıqlamada deyilir: “Qərb Şəriyəsinin müxtəlif ərazilərində qanunsuz İsrail sakinləri tərəfindən törədilən terror hücumlarını və Fələstin mülki əhalisinin qətllərini qətiyyətlə pisləyirik. Netanyahu hökuməti işğal və soyqırım siyasəti ilə qanunsuz məskunlaşma terrorizmini təşviq edir, Fələstin xalqını qorxutmağa çalışır və regionda sülh və sabitliyin bərqərar olması səylərini sarsıdır”.
Respublikanın Xarici İşlər Nazirliyi “beynəlxalq ictimaiyyəti İsrailin Fələstindəki vəhşiliklərinin cəzasız qalmamasını və məsul şəxslərin ədalət mühakiməsinə cəlb olunmasını təmin etməyə” çağırıb. (Tass)
