Aprel 25, 2026-4:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Tələbələr tarixin tədqiqində yeni metodoloji yanaşmalar barədə məlumatlandırlıb

2026:04:22 - 16:07
in SOSİAL
A A

AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi katibi dosent Ellada Bəkirova Qarabağ Universitetinin Sosial və humanitar elmlər fakültəsinin dəvəti ilə tarix ixtisası üzrə təhsil alan tələbələr üçün “Albaniya tarixi: aktual problemlər və yeni yanaşmalar” mövzusunda seminar keçirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ellada Bəkirova Qarabağ bölgəsinin alban mədəni irsinin əsas məkanlarından biri olduğunu vurğulayaraq bu sahədə aparılan tədqiqatların əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, Albaniya tarixinin müxtəlif məsələlərinin doğru şəkildə təbliği üçün albanşünaslığın mövcud elmi problemləri gənc tarixçilərin, tədqiqatçıların diqqətində olmalı, müasir elmdə mövcud olan yeni yanaşmaların tətbiqi ilə bu problemlər yenidən tədqiq edilməlidir.

O, Albaniya tarixinin tədqiqində qarşıya çıxan əsas çətinliklər, xüsusilə mənbə məhdudluğu və yeni metodoloji yanaşmalara dair öz fikirlərini tələbələrlə bölüşüb, mənbələrə sadəcə informasiya daşıyıcısı kimi deyil, diskurs kimi yanaşmağın vacibliyini vurğulayıb. Sonda tarix, arxeologiya, antropologiya, coğrafiya və digər əlaqəli sahələrin birlikdə tətbiqi, multidisiplinar tədqiqatların aparılması ilə Albaniya tarixinin daha dolğun mənzərəsini yaratmağın mümkün olması qeyd olunub. Görüş tələbələrin tarixə daha tənqidi və çoxşaxəli yanaşmasını formalaşdırmaq, mövcud elmi problemlərə yeni baxışla yanaşması baxımından faydalı hesab olunub.

Əvvəlki Yazı

Ai və Avropa İnvestisiya Bankı Kiyevə 600 milyon avro ayırdıqlarını açıqladılar

Növbəti Yazı

Hollandiya sağçılarının lideri hakim partiyanın Kiyevi maliyyələşdirmək siyasətini tənqid edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.