Amerika administrasiyasının İran tərəfində kimin danışıqlar apara biləcəyi barədə təsəvvürü var və Tehrandan “vahid təklif” gözləyir. Bunu Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlərlə görüşündə bildirib.
“Ağ Ev və kəşfiyyat icmamızın, şübhəsiz ki, aydın bir anlayışı var. Bununla belə, biz vahid cavab və vahid təklif görmək istəyirik”, – deyə Leavitt bu məsələ ilə bağlı suala cavab olaraq bildirib. (Tass)
