Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani və ABŞ dövlət katibi Antoni Blinken telefonla İsrail və Fələstinin HƏMAS radikal hərəkatı arasında Qəzza zolağında humanitar atəşkəsə dair razılaşmanın icrasına başlanmasını müzakirə ediblər.
ABŞ-ın dəstəyi ilə İsrail və HƏMAS hərəkatının əldə etdiyi atəşkəs razılaşmasının icrasına başlamaq üçün atılan addımları, habelə mülki vətəndaşların sayı və Qəzza zolağına humanitar yardımın tədarükünün artırılmasının vacibliyi məsələləri müzakirə edilib”, – Qətər Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində (keçmiş Twitter) səhifəsində dərc edilmiş bəyanatda deyilir.
Qeyd edildiyi kimi, Qətərin baş naziri Qəzza zolağında müharibənin dayandırılması üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Öz növbəsində Blinken Dohaya Həmas və İsrail arasında vasitəçiliyə görə təşəkkür edib və əlavə edib ki, Vaşinqton Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həllinə sadiqdir. (Tass)