Aprel 24, 2026-0:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

SOCAR-ın dəstəyi ilə neft hasilatında enerji sərfinin optimallaşdırılmasına dair qrant layihəsi işlənilir

2026:04:23 - 15:14
in İQTİSADİYYAT
A A

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun maliyyələşdirdiyi “Neft hasilatında enerji sərfinin optimallaşdırılması üçün dərin təlim modelləri” mövzusunda qrant layihəsi üzrə fəaliyyət planı müzakirə olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev əvvəlcə layihənin strateji və elmi-praktiki əhəmiyyətindən danışıb. Alim son dövrlərdə neft-qaz kompleksində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi problemlərinin daha da aktuallaşdığını, enerji idarəetməsində süni intellekt və rəqəmsal texnologiyaların rolunun əhəmiyyətli dərəcədə artdığını söyləyib. Müasir dövrdə neft hasilatı proseslərində enerji sərfinin artmasının hasilat sistemlərinin səmərəli idarə olunmasını zəruri etdiyini qeyd edib, bu məqsədlə intellektual enerji-effektiv idarəetmə alqoritmlərinin tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə institutun baş mühəndisi Şakir Mehdiyev işin aktuallığı, məqsədi, eləcə də enerji səmərəliliyinin artırılmasının ənənəvi üsulları, bu sahədə mövcud yanaşmalar və problemlər haqqında məlumat verib. Onun sözlərinə görə, böyük həcmli istehsalat verilənlərinin analizi və dərin təlim metodları enerji sərfinin proqnozlaşdırılması, optimal rejimlərin müəyyənləşdirilməsi və karbon emissiyalarının minimuma endirilməsi üçün yeni imkanlar yaradır. O qeyd edib ki, layihə çərçivəsində neft hasilatında təmir-istismar xərclərinin azaldılması, hasilatın artırılması və enerji sərfiyyatının minimuma endirilməsi üçün optimallaşdırma problemlərinin həlli qarşıda duran əsas məsələlərdir: “Bu məqsədlə süni intellekt, xüsusilə dərin təlim modelləri, böyük verilənlərin analizi və proqnozlaşdırma metodlarının tətbiqi nəzərdə tutulur”.

Sonra qrant layihəsi üzrə hər bir icraçı yerinə yetiriləcək işlər, qarşıya qoyulan məsələlər haqqında məlumat verib.

Tədqiqat istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

Sonda akademik Rasim Əliquliyev çıxış edərək son illər institutda həyata keçirilən qrant layihələrinin elmi-tədqiqat fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində mühüm rol oynadığını qeyd edib. Alim bildirib ki, ölkə və beynəlxalq səviyyəli qrant proqramlarında fəal iştirak institut əməkdaşlarının elmi potensialının reallaşdırılmasına, gənc tədqiqatçıların elmi prosesə cəlb olunmasına, eləcə də elmi nəticələrin praktik müstəvidə səmərəli istifadəsinə geniş imkanlar yaradır. Alimin sözlərinə görə, qrant layihəsi çərçivəsində hazırlanan elmi məqalələrin, əldə edilən nəticələrin mütəmadi olaraq müzakirə olunması və qiymətləndirilməsi, görülən işlərə dair ictimaiyyətə məlumatların verilməsi tədqiqatların şəffaflığının artırılması ilə yanaşı, gələcək mərhələlər üçün strateji prioritetlərin düzgün müəyyənləşdirilməsinə də xidmət edəcək.

Əvvəlki Yazı

Litva Seymi Rusiyada mədəni fəaliyyətlə məşğul olanların ölkəyə girişinə qoyulan qadağanı rədd etdi

Növbəti Yazı

Ermənistandakı Azərbaycan irsinə sahib çıxmaq üçün beynəlxalq təşkilatlarda məsələ qaldırılmalıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.