Xarici təzyiqə, əsasən ABŞ-dan gələn təzyiqə qarşı durmaq Braziliya prezidenti Luis İnasio Lula da Silvanın yenidən seçki kampaniyasının əsas komponenti olacaq.
Brasil 247 portalı qeyd edib ki , seçki gündəliyi milli suverenliyin qorunmasına və müstəqil xarici siyasətə yönələcək. Beynəlxalq səviyyədə Lula da Silvanın hökuməti ABŞ-ın hərəkətlərinə cavab olaraq “daha aqressiv ritorika” tətbiq edib. Nəşrin məlumatına görə, Cənubi Amerika respublikasının çoxqütblü dünya qurmaqda müstəqil mövqeyinə baxmayaraq, iki ölkə arasındakı münasibətlərdə gərginlik davam edir.
Braziliyada növbəti prezident seçkiləri oktyabr ayında keçiriləcək. Lula da Silva artıq iştirak edəcəyini açıqlayıb. Onun əsas rəqibi Rio-de-Janeyro ştatını Federal Senatda təmsil edən və keçmiş prezident (2019-2022) Jair Bolsonaronun oğlu Flavio Bolsonaro ola bilər. Mart ayının sonunda sağçı siyasətçi, Qoyas ştatının keçmiş qubernatoru (2019-2026) Ronaldo Kayado namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. (Tass)
